Bütün kateqoriyalar

AXTARIŞ NƏTİCƏLƏRİ: 900 İŞ ELANI

AVTOMOBİL TƏMİRİ ÜZRƏ ÇİLİNGƏR

"Performance Center Co" MMC (Chevrolet Azərbaycan)

800 - 1500AZN


-- Servisə daxil olan avtomobillərə tələb olunan qaydada texniki baxışı icra etmək və mövcud mexaniki nasazlıqları aşkar etmək

-- Aşkarlanan mexaniki nasazlıqları servisin baş mexaniki ilə təsdiqlədikdən sonra Servis məsləhətçisinə bildirmək

-- Avtomobildəki nasazlıqları istehsalçının texniki təmir tələbinə uyğun aradan qaldırmaq

-- Tələb olunan ehtiyat hissələrini anbardan qəbul edib avtomobilə quraşdırmaq

-- Təhkim olunmuş alət və avadanlıqlara məsul olmaq

-- Şirkətin daxili nizam-intizam qaydalarına riayət etmək,təmir işlərində əməyin mühafizəsi, təhlükəsizlik texnikası qaydalarına, istehsalat sanitariyası qayda və normalarına riayət etmək

-- Şirkət tərəfindən təşkil olunan ixtisası artırma yönümlü təlimlərində iştirak etmək

-- Baş mexanikin verdiyi şifahi və yazılı tapşırıqları tələb olunan vaxtda yerinə yetirmək

Bakı

MAĞAZA MÜDİR MÜAVİNİ

Çinici

0 - 0AZN


-- Mağazada yüksək servisin təmin olunması

-- Mağazanın fəaliyyətinə aid hesabatların təqdim edilməsi

-- Mağaza heyəti tərəfindən müştəri məmnuniyyətinin təmin edilməsinə nəzarət etmək

-- Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək

-- Daima satışın artırılması istiqamətində təkliflərlə çıxış etmək

-- İşçi heyətinin şirketin daxili nizam qaydalarına əməl etməsini təmin etmək

-- İşçi heyətinin təlimatlandırılması, iş bölgüsü və işlərin icrasına nəzarət etmək

Bakı

600 - 800AZN


-Əmək funksiyası:

-- Paulaner Brewery Baku Restoranın, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək

-- Müştəriləri salamlamaq və yeməkdən əvvəlki xidmətləri göstərmək

-- Müştəriləri masanın düzülüşünə uyğun olaraq yerləşdirmək, onların əyləşməsinə kömək etmək

-- Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək

-- İçki və yemək seçməkdə müştərilərə yardım etmək məqsədilə onlara tövsiyə və təkliflər vermək

-- Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək

-- Menyu seçiminə uyğun olaraq qədəhləri, qabları və masa dəstlərini düzmək

-- Xidmət və yeməyin çatdırılma prosesini müşahidə etməklə müştəri ilə minimum təmas şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya vermək və təmizləmək

-- Müştərinin məmnunluğunu təmin etmək

-- Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək

-- Müştərilərdə təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola salmaq;

-- Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, bar işçiləri və digər ofisiantlar ilə ünsiyyət qurmaq

-- Mətbəx ilə yemək otağı arasında xidmətin effektiv şəkildə aparılmasını təmin etmək üçün aşpaz ilə xidmət işçiləri arasında müvafiq əlaqələr yaratmaq

Bakı

SATIŞ ÜZRƏ MENECER

ENBC Group

200 - 200AZN


-- Şirkətin xidmət sahələri haqqında ərazi üzrə tikinti gedən ərazilərə yaxınlaşıb menecer olaraq öz xidmətlərimizi yüksək səviyyədə təqdimat etməli

-- İş vaxtı: 14:00-dan - 18:00-dək

-- Gün sonunda Whatsapp vasitəsilə gördüyü iş barədə hesabat göndərməli

-- Həftə içi: 5 iş günü, Bazar ertəsi - Cümə günü

-- Hər 6-cı gün Zoom proqramı vasitəsilə online hesabat

-- Yol xərcləri şirkət tərəfindən ödənilir

Bakı

TƏMİZLİK İŞÇİSİ

FMG MMC

400 - 400AZN


-- Obyektdə təmizlik işlərinin həyata keçirilməsi

-- Təmizlik üzrə avadanlıqların işlədilməsi

-- Ərazi daxili tullantıların atılması

-- Döşəmələrin süpürülüb, silinməsi

-- Rəhbərliyin təmizliklə bağlı digər göstərişlərinin yerinə yetirilməsi

-- İş qrafiki: həftədə 5 iş günü, 2 gün istirahət günü

-- İş saatları: 07:00-dan -16:00-dək

Bakı

PRODUKT MENECERİ (GİNEKOLOGİYA/UROLOGİYA)

SETONDA AZƏRBAYCAN NÜMAYƏNDƏLİYİ

2000 - 2200AZN


-- Məhsul portfelinin formalaşdırılması

-- Yeni məhsul potensialının bazara çıxarılmazdan əvvəl qiymətləndirilməsi

-- Məhsulun farmakoloji və klinik xüsusiyyətlərinin təhlili

-- Məhsulun planlaşdırılması və gəlirliliyinin təmin edilməsi

-- Promo Kampaniyasının təsdiqi və həyata keçirilməsi

-- Kampaniya Kitabının/ Ziyarət Bələdçisinin (Campaign Book/ Visit Guide ) Hazırlanması

-- Promo materialların hazırlanması

-- Satış komandasının təlimi / ikili və kor vizitlər

-- Təbliğat və təqdimat tədbirlərinin həyata keçirilməsi

-- Promo və reklamla bağlı bütün xərclərin büdcəsinin hazırlanması, təsdiqi və icrası

-- Bütün marketinq əməliyyatlarının monitorinqi

-- Planlaşdırma və Hesabat

Bakı

MÜHASİB

ASBC MMC

900 - 1000AZN


-- Mühasibat uçotunun aparılması

-- Mühasibat sənədlərinin tərtib edilməsi

-- Bank əməliyyatlarının həyata keçirilməsi

-- 1C sistemində əməliyyatların uçotunun aparılması

-- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının və Hesab – Fakturalarının tərtib olunması və göndərilməsi

-- İş qrafiki: həftə içi 5 iş günü

-- İş saatı: 10:00-dan - 19:00-dək

Bakı

AZƏRBAYCAN DİLİ MÜƏLLİMİ (RUS BÖLMƏSİ)

Piramida Təhsil mərkəzi

400 - 700AZN


-- Rus bölməsi üçün həm fərdi, həm qrup şəklində azərbaycan dili dərslərinin tədris edilməsi

-- Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək

-- Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək

-- Hər ay sonu tələbələri imtahan edib nəticələri menecerlərə bildirmək

-- Sərbəst iş qrafiki

Bakı

QRAFİK DİZAYNER

Sleepy Azərbaycan

700 - 800AZN


-Vəzifə öhdəlikləri:

-- Tələb olunan dizaynların minimum vaxt ərzində və keyfiyyətli şəkildə hazırlanması

-- Dizaynla bağlı yeni ideyaların rəhbərliyə təqdim olunması

-- Şirkətin sosial media hesablarına gələn rəy və mesajların gün ərzində cavablandırılması

-- Brendinq kampaniyalarının yaradılması

-- Sosial Media üçün kreativ, orijinal 2D və 3D animasiyaların, statik postların hazırlanması

-- Çap materiallarının hazırlanması

-- Dizayn sahəsində daim yeniliyə can atmaq və yepyeni ideyalar təqdim etmək

Bakı

TƏKƏR TƏMİR USTASI

Starlinegroup MMC

800 - 1200AZN


-- İş yeri Mehdiabad qesebesi ərazisindədir

-- İş rejimi həftə içi 09.00-dan - 19.00-dək

-- İstirahət günü - bazar günüdür

Bakı

BAŞ AŞPAZ

PFM Catering

600 - 700AZN


-- Həftədə 1 gün istirahətdir

-- İş saatları danışıqlar əsasında müəyyən olunacaq

-- Tələblərə cavab verən kişi və qadın namizədlər qeyd olunan nömrə ilə zəhmət olmasa əlaqə saxlasın

Bakı

SATIŞ MƏSLƏHƏTÇİSİ

Zeta Group

500 - 500AZN


-- Zeta Group-The Entertainer oyuncaq mağazası

-- Zeta şirkətlər qrupu 2012-ci ildə Azərbaycanda yaradılıb və o vaxtdan bəri dörd sektorda, yəni moda, qida və içki, idman və oyuncaqlar üzrə maraqları olan böyük diversifikasiyalı pərakəndə satış qrupuna çevrilib

-- Zeta hər bir fəaliyyət sektorunda bir çox qlobal aparıcı françayzinq brendlərini təmsil edir (məsələn, Ted Baker, Pinko, İpekyol, Carpisa, The Entertainer, Life Fitness və s.).

-Mağaza ünvanları: Gənclik Mall , Dəniz Mall

Bakı

400 - 400AZN


-Vəzifə öhdəlikləri:

-- Müştərilərə məhsul seçimində köməklik göstərmək

-- Dərman preparatları və tibbi ləvazimatların satış prosesini həyata keçirmək

-- Aptekə daxil olan malları yoxlamaq, tərkiblərinə uyğun və tələb olunan qaydada yerləşdirmək

-- Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət yetirmək

-- Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət etmək

-- Sifarişi dəqiq və vaxtında yerinə yetirmək.

Bakı

SMM MENECERİ

VelosportBaku

500 - 600AZN


-- Salam Velosport velosiped mağazasına SMM tələb olunur

-- Video postların hazırlanması

-- İş saatı 10:00-dan - 19:30-dək (ayda 3 gün istirahət günü)

-- Əmək Haqqı Fix 500 + faiz + bonus

-- Əlavə məlumat müsahibdə veriləcək

Bakı

OFİS MENECERİ

Azər Medical MMC

300 - 500AZN


-- Qonaqların qarşılanması

-- Kompüterdə sənədlərinin hazırlanması

-- Müştərilərə tam, dolğun məlumatın verilməsi

-- Daxil olan zənglərə cavab vermək

-- İş öyrədilir, ən əsası işində məsuliyyətli olmasıdır.

-- İş saatı: 09:00-dan - 17:00-dək

-- Şənbə günü qısa iş rejimidir: 09:00-dan - 15:00-dək

-- Bazar günü istirahət günü

-- Bayram günləri qeyri-iş günləridir

Bakı

KREDİT MÜTƏXƏSSİSİ

Brand Credit BOKT

700 - 1000AZN


-- Yeni müştəriləri cəlb etmək üçün aktiv marketinq təbliğatını həyata keçirmək

-- Kredit müraciətlərinin qəbulu və analizi

-- Kredit portfelinə nəzarət və idarə etmək

-- Kredit müddəti bitənədək müştərilər ilə mütəmadi şəkildə əlaqədə olub, aylıq ödənişlərə nəzarət etmək

-- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək

-- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq

Bakı

500 - 700AZN


-- (Sumqayıt ərazisi üçün)İş barədə məlumatBəlli Rut üzrə satış nöqtələrini ziyarət etmək

-- Şirkətin məhsullarını mağaza vitrinlərində verilmiş planaqramaya əsasən düzmək

-- Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onları nəzarətdə saxlamaq

-- Malların istehsal tarixlərinə və əmtəə görünüşə nəzarət

-- Qrafik: həftədə 5 iş günü, iş saatı 09:00-dan -18.00-dək

-- Maaş: 550-700 AZN

Bütun şəhərlər

500 - 600AZN


-- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək

-- Mal və materialların düzgün saxlanmasını təmin edir

-- Mal və materialların uçot qaydalarına uyğun buraxılması və silinməsini işini təşkil edir

-- Anbarda müəyyən edilmiş stokdan az olduqda satınalama üzrə menecerə sifariş verir

-- İş saatı: 08:00-dan - 18:00-dək

-- Həftədə 1 gün istirahət günü

-- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə

Bakı

1000 - 2000AZN


-- Sayitlarda elan yerləşdirmək xərcləri şirkət tərəfindən ödənilir

-- Əmək hakkı faizlədir (gəlir 50/50 yə bölünür) İş öyrədilir

-- İş saatı 10:00-dan - 19:00-dək 6/1

-- Ünvan: Yasamal Ş Mehtiyev k. Elmlər Akademiyası m.st. yaxınlığı

Bakı

BÖLGƏ MENECERİ

NarMed MMC

1200 - 1500AZN


-- Şirkətin dərman preparatına müvafiq marketinq strategiyalarının və taktikalarının hazırlanması

-- Rəqiblərin araşdırılması və analizinin aparılması

-- Dərman preparatlarına prezentasiyaların hazırlanması və tədris prosesinin təşkili

-- Məhsullara tələbatın yaradılması və satışına nəzarət etmək

-- Promosyon materiallarının hazırlanması

-- Görülən işlər barəsində hesabat hazırlanması və rəhbərinə təqdim edilməsi

-- İş qrafiki həftə içi 5 iş günü (saat 09:00-dan - 18:00-dək)

-- Əmək haqqı - (iş təcrübəsindən və potensialdan asılı olaraq)

-- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə

Bakı