РЕЗУЛЬТАТЫ ПОИСКА: 65 ВАКАНСИЙ
MÜHASİB KÖMƏKÇİSİ
Avant Consulting MMC500 - 700AZN
-- Müəssisələrin ƏDV, SV, ÖMV, GV, MV bəyannamələrinin hazırlanması.
-- Аylıq, rüblük, illik hesabatların (vergi, dsmf, statistika) hazırlanaraq, aidiyyəti üzrə dövlət orqanlarına göndərilməsi.
-- elektron qaimə fakturaların, hesab faktura, invoice, təhvil təslim aktlarının hazırlasn
-- İnternet banking vasitəsilə ölkədaxili və ölkəxarici köçürmələrin həyata keçirilməsi, həmçinin bütün bank əməliyyatlarının həyata keçirilməsi.
-- Əməkhaqqı, məzuniyyət, xəstəlik və s. hesablanması və müvafiq əmrlərin hazırlanması.
-- İş yeri: Nərimanov r., Aşıq Molla Cümə küçəsində yerləşir.
-- İş vaxtı: 1-5ci günlər, saat 10:00-dan - 17:00-dək
MÜHASİB (SATIŞ)
AZ SLEEP MARKET MMC800 - 900AZN
-Vəzifələr:
-- Cəmiyyətin pərakəndə satış məntəqələrinin kassalarında Nağd pul vəsaitlərinin hərəkəti ilə bağlı mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılması
-- Qaimə-fakturaların uçotunu aparılması, onların elektron informasiya sistemində doldurulmasının düzgünlüyünə, vaxtında verilməsinə və vergi qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarət
-edir
-- Müştərilərin debitor və kreditor borclarına nəzarət edir;
-- Bank terminallarından nəticələrin tutuşdurulması ilə cari hesaba daxil olan ekvayrinq, uyğunsuzluqların aradan qaldırılması istiqamətində iş aparır
-- Qəbul edilmiş yığılmış nağd pul vəsaitlərinin cari hesaba gündəlik olaraq nəzarət-kassa aparatının məlumatları ilə tutuşdurulmasını həyata keçirir
-- Hüquqi şəxslərə mal satarkən, aktivlərin alınması üçün düzgün tərtib edilmiş etibarnamələrin əslini qəbul edir və onlara nəzarət edir. Qəbul edilmiş orijinalların reyestrini tərtib edir və aparır və çatışmayanları tələb edir.
-- Pərakəndə ticarət obyektinin/anbarın maliyyə məsul şəxsi dəyişdirilərkən qəbul/köçürmə aktına əsasən vəsaitin qəbul edən tərəfə verilməsinə nəzarət edir, doldurulma və imzalanmanın
-düzgünlüyünü yoxlayır.
-- Hər gün pərakəndə satış məntəqələrindən elektron poçt vasitəsilə yazılı şəkildə daxil olan müraciətləri düzgün və vaxtında icra etmək (aşağıdakı hallarda: endirim aradan qalxdıqda, təkrar çatdırılma məbləğinin tənzimlənməsi zərurəti, rəhbərliklə razılaşdırılmış fərdi və unikal vəziyyətlər və s.)
-- Topdansatışın üzrə vaxtı keçmiş borcların yoxlanılması, menecerlərlə məlumat mübadiləsi və yaranan məsələlərin həlli üçün tədbirlərin əlaqələndirilməsi; imzalanmış müqavilələrin yoxlanılması,
-aktların müqayisəsinin aparılması və digər müvafiq sənədlərin tərtib olunması.
-- Müştərilərdən kredit müqavilələrinin yoxlanılması: müştərilərdən alınan kredit müqavilələrinin düzgünlüyünün, eləcə də müvafiq sənədlərin və məlumatların toplanması və idarə olunması.
-- Hesabların uçotunun yoxlanılması: mühasibatlıq hesablarının dəqiqliyinin və uyğunluğunun yoxlanılması, uçot qeydlərinin və maliyyə hesabatlarının düzgünlüyünün təmin edilməsi.
DAXİLİ AUDİTOR
AGROPAT MMC1000 - 1500AZN
-- Müəssəsə Tərtər rayonunda yerləşir.
-- İş saatı : 08:00-dan - 18:00-dək
-- İş qrafiki : həftənin 6 günü (Bazar günü qeyri iş günüdür)
MƏHSUL ÜZRƏ MENECER (PRODUCT MANAGER)
AzəriMed QSC1600 - 2000AZN
-Vəzifə öhdəlikləri:
-- Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması
-- Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi
-- Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması
-- Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
-- Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi
-- Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması
KREDİT MÜTƏXƏSSİSİ
Emsan500 - 800AZN
-- Əmək haqqı: 500 AZN + bonus
-- İş yeri: Sumqayıt şəhəri
-- AR Əmək məcəlləsinə uyğun rəsmiləşdirmə
-
-- Müştəriyə malların kreditlə satılması barədə ətraflı məlumat vermək
-- Kredit müraciətlərinin qəbulu və analizi
-- Kredit portfelinə nəzarət və idarə etmək
-- Kreditlə satış üçün tələb olunan sənədlərin və məlumatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu yoxlamaq
-- Müştəri və müqavilə məlumatlarını əməliyyat proqramına daxil etmək
-- Kreditlə satış müqaviləsinin şərtləri barədə müştərilərə məlumat vermək
-- Gecikmədə olan müştərilərlə telefonla əlaqə yaradılaraq gecikmə səbəbinin araşdırılması və ödənişlərin təmin olunması
-- Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.
-