Məhsul üzrə menecer (Product manager)
1500 - 1700 AZN
Внимание: никому не отправляйте деньги онлайн за работу!
Описание работы
-Vəzifə öhdəlikləri:
-• Məhsulun satışının planlaşdırılması - bazara çıxarılması, mövqeləndirilməsi və inkişafı daxil olmaqla məhsulun həyat dövrünün idarə olunması;
-• Cari bazar tendensiyalarının təhlil edilməsi, müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və strateji tərəfdaşlıqların təşviq edilməsi;
-• Bazar araşdırmasının aparılması, yeni marketinq üsullarının tətbiq edilməsi, müxtəlif aksiyaların hazırlanıb reallaşdırılması;
-• Satış strategiyasını nəzərə alaraq qısa və uzunmüddətli perspektiv baxımından məhsulun marketinq planlarının işlənib hazırlaması
-• Məhsul üzrə təlimlərin verilməsi və elmi-tibbi bazaya əsaslanan, kliniki-praktik sübuta malik dəstəyin göstərilməsi;
-• Müvafiq şöbələrlə əməkdaşlıq edərək promosiya materiallarının hazırlanması.
-
-İş şəraiti:
-• Əmək haqqı: 1589-1764 AZN + Bonus sistemi mövcuddur.
-• İş qrafiki: I-V günlər 09:00-18:00
-Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində " Məhsul üzrə menecer " qeyd etməklə cv@azerimed.com elektron ünvanına göndərmələri xahiş olunur.
-Əlavə suallar üçün (WhatsApp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Требования к кандидату
-Tələblər:
-• Yaş: 25-45;
-• Tibb üzrə ali təhsil;
-• Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
-• Azərbaycan dilində səlis danışıq və yazma bacarığı;
-• Bir xarici dil biliyi (rus və ya ingilis) mütləqdir, əlavə xarici dil biliyi üstünlükdür;
-• Komandada işləmə bacarığı;
-• Peşəkar ünsiyyət qurma bacarığı;
-• İnkişafa və öyrənməyə meyilli;
-• MS Office proqramları ilə işləmə bacarığı;
-• Analitik təfəkkür;
-• İşində dəqiq və məsuliyyətli;
-• Yüksək səviyyədə təqdimat bacarığı.
