ELEKTRİK MÜHƏNDİSİ

1000 - 1500 AZN

Просмотров: 1 ОБЪЯВЛЕНИЕ: #37245 Paylaş
Город
Баку
Возраст
20 - 45 лет
Образование
Высшее
Опыт работы
Менее 1 года
Дата размещения
Октябрь 19 2026
Истекает
Ноябрь 18 2026
Контактное лицо
Rəşad
Телефоны
Эл. почта
Внимание: никому не отправляйте деньги онлайн за работу!
Описание работы

-• Yüksək, orta və aşağı gərginlikli elektrik sistemləri üzrə texniki işlərin təşkili, icrası və nəzarətində iştirak etmək;

-• Elektrik təchizatı sistemlərinin, güc və idarəetmə dövrələrinin prinsipial və birxətli sxemlərini oxumaq və təhlil etmək;

-• Elektrik layihələrinin, işçi çertyojların, texniki spesifikasiyaların və avadanlıq siyahılarının hazırlanmasında iştirak etmək;

-• 6 kV, 10 kV və 35 kV orta gərginlikli paylayıcı qurğuların, komplekt transformator məntəqələrinin (KTM), transformator yarımstansiyalarının və 0,4 kV paylayıcı lövhələrin quraşdırılması və sınaq proseslərinə nəzarət etmək;

-• Güc transformatorları, avtomat açarlar, ayırıcılar, cərəyan və gərginlik transformatorları, kabel xətləri və digər elektrotexniki avadanlıqların texniki göstəricilərini yoxlamaq;

-• Elektrik avadanlıqlarının montajı, kabel çəkilişi, kabel ucluqlarının hazırlanması, birləşmələrin yoxlanılması və torpaqlama işlərinin layihəyə uyğun icrasına nəzarət etmək;

-• Layihə sənədləri, texniki şərtlər və qüvvədə olan normativ tələblər əsasında işlərin keyfiyyətini yoxlamaq;

-• Avadanlıqların texniki pasportlarını, sertifikatlarını, sınaq protokollarını və icra sənədlərini yoxlamaq və müvafiq texniki sənədləşməni aparmaq;

-• Sahədə yaranan texniki uyğunsuzluqları müəyyənləşdirmək, səbəblərini təhlil etmək və aradan qaldırılması üçün həll yolları təklif etmək;

-• Sifarişçi, layihəçi, podratçı və digər texniki heyətlə koordinasiyalı işləmək;

-• Material və avadanlıqlar üzrə texniki tələbat siyahılarının və BOQ (Bill of Quantities) cədvəllərinin hazırlanmasında iştirak etmək;

-• Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət olunmasını təmin etmək.

Требования к кандидату

-• Elektrik mühəndisliyi, elektroenergetika və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;

-• Elektrik təchizatı sistemləri və elektrotexniki avadanlıqlar üzrə nəzəri və praktiki biliklər;

-• Elektrik sxemlərini, layihə çertyojlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;

-• Yüksək, orta və aşağı gərginlikli elektrik avadanlıqları barədə biliklər;

-• AutoCAD proqramı ilə işləmək bacarığı;

-• Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;

-• Texniki hesabatların, material siyahılarının və iş həcmləri cədvəllərinin hazırlanması bacarığı;

-• Texniki problemlərin təhlili, operativ qərarvermə və komanda ilə işləmək bacarığı;

-• Məsuliyyətlilik, dəqiqlik, intizam və işgüzar ünsiyyət bacarıqları.

-Üstünlük hesab olunur

-• Elektrik layihələrinin hazırlanması və ya sahədə quraşdırma işlərinə nəzarət üzrə iş təcrübəsi;

-• 6/10/35 kV paylayıcı qurğular, KTM-lər və transformator yarımstansiyaları ilə iş təcrübəsi;

-• 0,4 kV baş paylayıcı lövhələr, mühərrik idarəetmə panelləri və kompensasiya qurğuları üzrə biliklər;

-• Elektrik avadanlıqlarının sınaq, yoxlama və istismara verilməsi proseslərində iştirak təcrübəsi;

-• BOQ, texniki spesifikasiya və material tələbat siyahılarının hazırlanması bacarığı;

-• Elektrotexniki avadanlıqların texniki seçimi və istehsalçı sənədlərinin təhlili üzrə təcrübə.