РЕЗУЛЬТАТЫ ПОИСКА: 10 ВАКАНСИЙ
MÜQAVİLƏLƏR ÜZRƏ HÜQUQŞUNAS
HR-PORT1500 - 1800AZN
-- Beynəlxalq və yerli qanunvericiliyə və şirkətin siyasət və maraqlarına uyğun olaraq bütün növ müqavilələri (məxfilik, xidmət və kommersiya müqavilələri daxil olmaqla) nəzərdən keçirir
-- Zəruri hallarda tərəf müqabilləri ilə hüquqi danışıqlar aparır
-- Şirkətin satış şöbəsinin rəhbərləri ilə kommersiya şərtləri və müddəalarının düzgün müzakirəsini razılaşdırır
-- Biznesin İnkişafı üzrə Menecerin tələbi ilə şirkətin iş müqavilələrini dəyişikliklər etməklə yeniləyir
-- Aidiyyəti məsələlərə dair rəylərin hazırlanması
-- İclaslar üzrə Protokolların hazırlanması
-- Məhkəmə və digər dövlət orqanlarına sənədlərin hazırlanması
-- Daxil olan sorğuların cavablandırılması
-- Məhkəmədə və digər dövlət orqanlarında Şirkətin maraqlarının qorunması və təmsili
-- Şirkətin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların daima izlənməsi və dəyişikliklər barədə məlumatlandırma
-- Rəhbərlik tərəfindən həvalə edilən digər vəzifələri icra etmək
-- Həfədə 6 iş günü, istirahət günü – bazar günü
-- Əmək haqqı 1500-1800 AZN
HÜQUQŞÜNAS
Arbitro MMC800 - 1000AZN
-İş şəraiti:
-- 5 günlük iş rejimi
-- 6-cı gün növbəlilik qaydasında iş günü
-- Maaş 800 - 1000 manat (Müsahibə əsasında dəqiqləşəcək) elektron poçt ünvanının mövzu hissəsinə “Hüquqşünas (Vakansiya)” qeyd etməklə, CV göndərərək müraciət edə bilərsiniz.
Hüquqşünas
"Kanatis" MMC1500 - 1500AZN
-KANATİS” MMC “Hüquqşünas” vəzifəsi üzrə vakansiya elan edir.
-“Kanatis” MMC - peşəkar məsləhətçilər tərəfindən yaradılan hüquq, vergi və mühasibatlıq, insan resursları və biznesin idarə edilməsi üzrə konsaltinq şirkətidir. Qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaq, “Kanatis” MMC artıq bir çox nüfuzlu müəssisələrlə əməkdaşlığa başlamış, iri yerli və beynəlxalq layihələrlə bağlı xidmətlər göstərmiş və beynəlxalq reytinq agentlikləri tərəfindən listinqlərə alınmışdır.
-
-• Ərazi: Bakı
-• Maaş: 1500 AZN
-• Staj: 3-5 il
-• Təhsil: Ali
-• İş rejimi: 5 gün
-• Müqavilə: Əmək müqaviləsi
-• E-mail: dilshad.ismayilova@kanatis.com
-• Tel.: 051 229 44 16
-
-Vəzifə öhdəlikləri:
-• Şirkətin təsis sənədlərində baş vermiş dəyişikliklərin qeydiyyata alınması üçün zəruri sənədləri toplamaq, tərtib etmək, rəsmiləşdirilməsini və müvafiq qeydiyyat orqanlarına təqdim edilməsini təmin etmək;
-• Hüquqi rəylər, arayışlar və sorğuların tərtibini təmin etmək, şirkətin struktur bölmələrindən daxil olan hüquqi məsələlər və qanunvericiliyin izahı ilə bağlı müraciətlərə baxılmasını, onların yazılı və ya şifahi şəkildə cavablandırılmasını ,şöbənin fəaliyyətinə uyğun olaraq nümunəvi sənədlərin tərtibini təmin etmək;
-• Yeni müqavilələrin tərtib edilməsini, ehtiyac olduqda mövcud müqavilələrdə lazımi dəyişikliklər etmək;
-• Müqavilə layihələrinin digər struktur bölmələrlə birgə hazırlanmasında iştirak etmək, müqavilələrin ekspertizasını aparmaq, ilkin və təkrar rəy vermək, əlavə sazişin tərtib edilməsini təmin etmək;
-• Xarici vətəndaşların sənədləri ilə bağlı hüquqi rəy vermək, zəruri sənədləri hazırlamaq və ehtiyac yarandığı halda səfirliklərlə və s. qurumlarla danışıqlar aparmaq;
-• Akt, əmr, ərizə, etibarnamə, protokol tərtib edilməsini ,şirkətə daxil olan müraciətlərə (daxili ya da xarici) baxılmasını, onların araşdırılaraq cavablandırılmasını təmin etmək.
-Təminatlar:
-• Nahar;
-• Korporativ nömrə.
-Vakansiya ilə bağlı müraciət etmək istəyənlər mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə CV formalarını dilshad.ismayilova@kanatis.com ünvanına göndərə bilərlər.
KORPORATİV HÜQUQŞÜNAS
Small Medium Enterprises900 - 1100AZN
-İş barədə məlumat
-- Avropa Yenidənqurma və İnkişaf Bankının “Azərbaycanda Kiçik Bizneslər üçün Məsləhət Proqramı”-nın akkreditasiyasını almış «Small Medium Enterprises» MMC 30 ildir ki mühasibat xidməti, biznes plan və investisiya layihələrinin tərtibi, şirkət təsisi və qeydiyyatında, marketinq və bazar araşdırılması aparılmasında, iqtisadı-hüquqi, sahibkarlara və sahibkar qurumlarına məsləhət (konsaltinq) xidməti göstərir
-- Şirkət consulting xidməti ilə fəaliyyət göstərir Konsaltinq - öz biznesinin inkişafı ilə maraqlanan bir sıra hüquqi və fiziki şəxslərə maliyyə və mühasibatlıq sahəsi üzrə konsaltinq xidmət növüdür
TƏCRÜBƏÇİ-HÜQUQŞÜNAS
Camal Hüquq Bürosu MMC300 - 400AZN
-- Şirkətimiz yerli və xarici müştərilərə hüquq xidmtləri göstərir
-- Korporativ hüquq və məhkəmə sahəsində ixtisaslaşmaq arzusunda olan, praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Təcrübəçi-hüquqşünas” vakansiyasını elan edirik
-- Peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı
-- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları
-- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı təkmilləşdirmək
-- Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, iddia ərizələrinin tərtib edilməsi və məhkəməyə təqdim edilməsi, normativ hüquqi sənədlərin ekspertizasında iştirak
-- Görüş və təqdimatların təşkili, iştirak
-- Müştərilər ilə yazışmalar, görüşlərdə iştirak
-- İş rejimi: həftədə 5 gün, saat 09:00-dan - 18:00-dək
HÜQUQŞÜNAS
Arbitro MMC600 - 800AZN
-İş şəraiti:
-- 5 günlük iş rejimi;
-- 6-cı gün növbəlilik qaydasında iş günü;
-- Maaş 650 - 700 manat (Müsahibə əsasında dəqiqləşəcək) elektron poçt ünvanının mövzu hissəsinə “Hüquqşünas (Vakansiya)” qeyd etməklə, CV göndərərək müraciət edə bilərsiniz.
KORPORATİV HÜQUQ VƏ MÜQAVİLƏLƏR ŞÖBƏSİNİN MÜDİRİ
"Azərbaycan Sənaye Korporasiyası" ASC2400 - 3000AZN
-Vəzifə öhdəlikləri:
-- Vəzifə yerli və beynəlxalq müqavilələrin hazırlanması, yoxlanılması, korporativ idarəetmə standartlarına və qanunvericiliyə uyğun olaraq zəruri sənədlərin hazırlanması və qeydiyyatı prosedurlarını təşkil etmək, nəzarət etmək, müəssisənin fəaliyyəti ilə bağlı hüquqi sorğuların cavablandırılması və hüquqi araşdırmaların aparılmasını, işlərin təşkili və şöbənin fəaliyyətinə nəzarət edilməsini əhatə edir
İCRA İŞLƏRİ ÜZRƏ MÜTƏXƏSSİS
BRAND CREDİT BOKT MMC500 - 600AZN
-- Məhkəmə qərarlarının icrası ilə əlaqədar İcra Şöbələrində borcluların barələrində hüquqi tədbirlərin görülməsi üçün müraciət etmək
-- Qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə bağlı zəruri tədbirlərin görülməsi
-- İcra mərhələsində olan işlərin nəzarətdə saxlanılması, icra məmurları və borclularla mütəmadi əlaqə yaradılması
-- Müəyyən edilmiş vaxtda və qaydada hesabatların hazırlanaraq təqdim edilməsi
-- Gündəlik görülən işlər haqqında məlumat vermək
-- İcra işləri mərhələsində fiziki/hüquqi şəxslərin problemi kredit əhdləri ilə iş
-- Məhkəmə qərarlarının icrasına nəzarət
-- Ərizələrin hazırlanması və aidiyyatı üzrə müvafiq icra hakimiyyəti orqanlarına təqdim edilməsi
-- Rəhbəri tərəfindən qoyulmuş hədəflərə və məqsədlərə nail olmaq
-- Problemli kreditlərlə əlaqədar icraata daxil olmuş məhkəmə qərarlarının icra məmuru tərəfindən vaxtında, tam və düzgün icra edilməsinə nəzarət edir
-- Məhkəmə qərarlarının icrası zamanı problemli kreditin təminatı kimi girov qoyulmuş əmlakın hərrac təşkilatı tərəfindən satılmasına nəzarət edir, lazım olduqda həmin proseslərdə iştirak edir
-- Məhkəmə qərarlarının icrasından irəli gələrək zəruri hallarda regionlara ezam olunmaq (qısa və uzun müddətli)
-- Korporativ nömrə şirkət tərəfindən təşkil olunur
-- İş şərtləri: Həftə içi 5 iş günü
-- İş saatı: 10:00-dan - 18:00-dək
-- Nahar fasiləsi 13:00-dan - 14:00-dək
-- AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirmə