Обслуживание
Все подкатегории

РЕЗУЛЬТАТЫ ПОИСКА: 266 ВАКАНСИЙ

İSTEHSALAT OPERATORU

Ayan MMC

500 - 500AZN


-- Nəzarət etdiyi istehsal avadanlıqlarının işləmə prinsiplərini, tərtib olunmuş qrafik əsasında onlara vaxtında qulluq qaydalarını bilməli, onların hər iş gününün sonunda təmizlənməsini təmin edib növbəti iş gününə hazır olmasına əmin olmalıdır;

-- Nəzarət etdiyi istehsal avadanlıqlarının vacib ehtiyat (əlavə) hissələrinin yerində olması barədə mütəmadi olaraq müdiriyyəti məlumatlandırmalıdır;

-- İstehsal zamanı suya, elektrik enerjisinə qənaət etməlidir;

-- Nəzarət etdiyi istehsal avdanlıqlarında nasazlıq aşkar (baş verərsə) edərsə dərhal müdiriyyəti məlumatlandırmalıdır;

-- Nəzarət etdiyi istehsal avadanlıqlarında qəlib dəyişmə prosesi maksimum qısa müddətdə və təlimata uyğun keçirilməlidir;

-- Yüksək keyfiyyətli məhsul istehsalına, səmərəliliyini artırmaq üçün istifadə olunan avadanlığın işləməsinə cavabdehlik daşıyır;

-- İstehsal olunan məhsullara davamlı nəzarət aparmalı.

Все города

EKSPEDİTOR

Royal Foods MMC

1000 - 1000AZN


--Satış hədəflərinin vaxtlı vaxtında icra olunması;

--Təyinat məntəqələrinə vaxtında nəzarət edilməsi;

--Öz rutu üzərində yeni müştərilərin tapılması;

--Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməsi;

-- Şirkət məhsullarının satışının təşkili

-- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək

-- Satış prosesinə aid sənədləşmə işinin düzgün aparılması və müdiriyyətə hesabatın verilməsi

-- Məhsullar haqqında tam məlumatın verilməsi

-- Lazım olduqda çatışmazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak edir

-- Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə

-- Əmək haqqı 1000 manat

-- 6 günlük iş rejimi

Баку

500 - 600AZN


-Anbarda olan mal və materialların təhlükəsizliyini və salamatlığını, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək.

-Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək.

-Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək.

-Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək.

-Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı təqdim etmək.

Баку

TUR MENECERİ

Joyful Travel

500 - 1000AZN


-- Xarıcı və daxili tur paketlərin hazırlanması 


-- Fərdi və qrup turların hazırlanması 



-- Xarici və ya daxili partnyorlar ilə əlaqələr qurmaq və işgüzar yazışmalar aparmaq 


-- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması 


-- Səyahət sığortasının yazılması 


-- Əmək haqqı + Bonus

-- İş qrafiki - Həftədə 6 iş günü

-- İş saatı həftə içi 10:00-dan - 19:00-dək

-- Şənbə günü saat 11:00-dan - 17:00-dək

Баку

SÜRÜCÜ KÖMƏKÇİSİ

Ayan MMC

400 - 400AZN


-- Sifariş olunan malları anbardan düzgün formada təhvil alınmasında, avtomobilə yüklənməsində, sifarişi qeyd olunan ünvana çatdirilmasına sürücüyə köməklik etmək

-- Fakturalara nəzarət etmək və müştəri sifarişlərinin əskiksiz və sağlam şəkildə müştəriyə çatdırmaq

-- Gülərüz, mehriban olmalı, ticarət nöqtələrinin nümayəndələri və əməkdaşları ilə nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır

-- Şirkətin korporativ mədəniyyət kodeksinə, korporativ və etik davranış normalarına daim riayət etmək

Все города

600 - 700AZN


-Avtomobil yağlarının satışı ilə məşğul olan şirkətə Ford nəqliyyat vasitəsini idarə etmək üçün sürücü tələb olunur

-Malın maşına yığılıb boşaldılmasına kömək etməli

-Nəqliyyat vasiləsinin hər zaman səliqəli və saz vəziyyətdə saxlamlı

-Ay ərzində 2-3 dəfə xaricdən mal gəlməsi ilə əlaqədar olaraq işdən saat 22:00-23:00 arası çıxılır

-Şirkət Xırdalanda yerləşir

-İş qrafiki: 6 gün (9:00-dan 18:00-dək )

-Bazar günü istirahət

-Nahar şirkət hesabına verilir

-Şəkilli CV –ni [email protected] mail adresinə Sürücü başlığı ilə göndərməyiniz və ya 0557650383 whatsapp nömrəsinə göndərməyiniz xahiş olunur

Баку

500 - 500AZN


-- Xarici qonaqların qarşılanması və Elektra proqramı vasitəsilə qeydiyyatı

-- E-mail-lərin vaxtında yoxlanılması və cavablandırılması

-- Qonaqların tələblərini operativ şəkildə lazımi bölmələrə yönləndirmək

-- Telefon zənglərinə cavab vermək

-- 9 saatlıq iş rejimi həftədə 1 gün istirahət günü

-- Gündüz növbəsi

-- Nahar müəssisə tərəfindən verilir

Баку

Qaynaqçı (suvarşik) tələb olunur

Ak VENT GROUP MMC

500 - 900AZN


-Qaynaqçı (suvarşik) tələb olunur

-

-Suvarka bacarığı olması kifayət edir. Maaş 500 AZN -900 AZN arası. Yaş həddi 22 yaşdan 38 yaşadək.

-

-Dekor dəmir, loft mebel hazırlanması və havalandırma detallarının (Mənfəzlər, slot, diffüzor, panjur, müdaxilə qapağı, liner mənfəz, oval mənfəz və s.) istehsalı işi görülür. Sexə qaynaqçısısı tələb olunur. İş çox asandır, sex şəraitidir, çöl deyill. Loft mebelin və havalandırma detallarının kəsimi və hazırlanması profisional usta tərəfindən öyrədilir.

-

- Həftənin 6 günü iş saatı 09:00-dan 19:00-dək. 11:00-da 15-20 dəqiqə çay saatı 13:00-dan 14:00-dək nahar ( nahar şirkət tərəfindən verilmir) 16:00-da 15-20 dəqiqə çay saatı

-İŞ DAİMİDİR.

-Ünvan: Binəqədi rayonu, Azadlıq metrosunun yaxınlığı, 7 MKR, keçid 1260

Баку

ANBAR İŞÇİSİ

Zeytun Phamaceuticals MMC

500 - 700AZN


-Vəzifə funksiyaları: anbarda dərman preparatlarının qəbulu, qablaşdırılması, rəflərə yerləşdirilməsi və s. ibarətdir

Баку

500 - 500AZN


-- Otelə gələn və gedən qonaqların qəbulu, onların qeydiyyatının aparılması

-- Telefon zənglərinin cavablandırılması və lazımi şəxslərə yönləndirilməsi

-- Qonaqlar barədə lazımi məlumatların miqrasiya xidmətinə göndərilməsi

-- 3 növbəli, 8 saatlıq iş qrafiki (07:00-dan - 15:00-dək, 15:00-dan - 23:00-dək, 23:00-dan - 07:00-dək)

Баку

400 - 500AZN


-Sürücünün iş ödəlikləri:

-- Rəhbərlik tərəfindən verilən şirkətin və ya şəxsi tapşırıqların yerinə yetirilməsi və s.

-- Ə/h: 450 - 550 azn

-- İş saati: 1-5 iş günü - 08:30-dan-17:30-dək

-- 6-cı gün - 09:30-dan-13:30-dək

-(Ara bir iş rejimi dəyişə bilər)

-- Ətraflı müsabiqədə müdiriyətlə danışılacaq

-- Ünvan: Qara Qarayev prospekti, 87 (Lotos ticarət mərkəzin arxası)

Баку

TUR MENECERİ

Level Up Travel

500 - 800AZN


-- İşgüzar yazışmaların aparılması

-- Müxtəlif istiqamətlər üzrə fərdi turlarının hazırlanması

-- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması

-- Otellərin bronlaşdırılması

-- Sosial şəbəkələr üzərindən sorğuların cavablandırılması

-- Mövsümi və tələbə uyğun bazar araşdırması edib turların hazırlanması

-- Həftə içi 5 iş günü saat 10:00-dan - 19:00-dək

-- Həftə sonu 1 iş günü 11:00-dan - 17:00-dək

-- Maaş: -təcrübədən aslı olaraq dəyişir +10% komissiya

Баку

TƏHLÜKƏSİZLİK ƏMƏKDAŞI

AZHR AND CONSULTİNG CENTER

1200 - 1200AZN


-- Şəxslərin və xarici qonaqların qarşılanması, yola salınması, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi

-- Video-müşahidə sistemləri ilə işləmək bacarığı

-- Əmək haqqı 1200 manat və yüksəkdir (xarici ölkələrə ezam zamanı əmək haqqı dəyişir)

Баку

MEXANİK USTA

Wellmechs

700 - 1100AZN


-- Əmək haqqı razılaşma yolu ilə təyin olunur

-- Həftədə 6 iş günü (09:00-dan -18:00-dək)

-- Nahar şirkət tərəfindən qarşılanır

-

-

Баку

STİLİST-VİZAJİST

Sevgi Beauty

100 - 1000AZN


-- Ümumi məlumatlar üçün qeyd olunmuş nömrə ilə əlaqə saxlayıb və ünvana yaxınlaşa bilərsiniz

-- Salon Xətai rayonu,Ceyhun Hüseynov küç 2929., bina 1-də yerləşir

-- Gənclik parkına yaxın HC klinkasıyla üzbə-üz yerləşir

Баку

Muhafizəci

Cesgo tornado

500 - 700AZN


-3il təcürbem var 22 yaşım var

Баку

ANBARDAR

Admedia

700 - 1000AZN


-- Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinin icrasını təmin etmək

-- Anbarda olan malların növlərinə görə səliqə ilə yığılmasını təşkil etmək

-- Sifarış tələbi əsasında anbardan mal çıxışını təşkil etmək

-- Məsuliyyətində olan anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək

-- Anbarda olan malların təhlükəsizliyinə cavabdeh olmaq

-- Anbardan buraxılan və anbara daxil olan malların giriş-çıxış sənədləri üzrə qeydiyyatını təmin etmək

-- İstehsal sahəsinə nəzarət

-- İş qrafiki: həftənin 6 iş günü, saat 08:00-dan - 18:00-dək

-- bazar günü - istirahət günü

-- İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir

Баку

FƏHLƏ

Omid MMC

400 - 500AZN


-- Mağazaya daxil olan məhsulların maşınlardan boşaldılması və yerləşdirilməsi

-- Anbar və mağazada məhsulların səliqəsinə nəzarət edilməsi

-- Təhlükəsizlik qaydalarına riayət olunması

-- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

-- Nahar şirkət tərəfindən verilir

-- 6 günlük iş rejimi

Баку

Təmizlik işləri

PİLATES

400 - 500AZN


-08:00-21:00 aralığında olacaq iş rejimi. Həftənin tək və ya cüt günləri olacaq iş rejimi.

-Ünvan : Rəşid behbudov küçəsi 89

Баку

400 - 400AZN


-- Sanitar və gigiyena qaydalarına riayət etmək

-- Gündəlik olaraq ümumi təmizlik işlərini yerinə yetirmək

-- İstehsal sahəsini (konfet, şokolad istehsalı) daimi olaraq təmiz saxlamaq

-- 6 günlük iş rejimi, bazar günü istirahət

-- 3 Növbəli iş qrafiki (növbədən aslı olaraq əmək haqqı dəyişir)

-- 1-ci növbə 07:30-dan - 15:00-dək

-- 2-ci növbə 15:00-dan - 23:00-dək

-- 3-cü növbə 23:00-dan - 07:30-dək

-- İşə qəbul tam rəsmi Əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir

-- Nahar və geyim şirkət tərəfindən təmin olunur

-- Yaxın ərazidə yaşayan namizədlərə üstünlük veriləcək

-- İş yeri - Buzovna qəsəbəsi, Dəmiryol küçəsi 5

Баку