Elan yükləmə qaydaları
- Bir vakansiyanın 30 gün müddətinə yerləşdirilməsi pulsuz həyata keçirilir.
- Vakansiya yalnız Azərbaycan daxilində olan işləri əhatə etməlidir.
- Vakansiya haqqında elanın ən qısa müddətdə dərc olunması üçün formanın doldurulmasına dair bütün təlimatlara ciddi riayət olunmalıdır. Səliqəsiz doldurulmuş formalar redaktəyə məruz qalacaq və dərhal dərc olunmayacaq.
- Elanların yalnız baş (BÖYÜK) hərflərlə və ya başqa əlifba ilə (translitlə) yazılması qadağandır. Elan bütünlüklə bir dildə olmalıdır.
- Şirkətin adı olan sütunda şirkətin rəsmi, hüquqi adı, həmin müəssisə holdinq tərkibindədirsə, holdinqin adı və şirkətin fəaliyyət istiqaməti (növü) qeyd olunmalıdır.
- Əlaqələr yazılan sütunda aktiv şəhər telefonlarının nömrələri və şirkətin korporativ elektron ünvanları qeyd olunmalıdır.
- İstifadəçi 5 və 6-cı bəndlərə riayət etmədikdə, elan ödənişli əsaslarla qəbul edilir.
- Tibb müəssisələrinin elanları və ya tibbi tərkibli, alış-veriş haqqında, o cümlədən saytda onlayn-satışlı elanlar pulludur.
- «Əmək haqqı» sütununun doldurulması mütləqdir, məbləğ AZN-lə göstərilməlidir. Əgər əmək haqqı 500 AZN-ə qədərdirsə, əmək haqqı diapazonu 200 AZN-i; 1000 AZN-ə qədərdirsə 300 AZN-i; 2000 AZN-ə qədərdirsə, 500 AZN-i aşmamalıdır.
- Dərc olunmuş elanda əlaqə nömrələrinin, vakansiyanın adının dəyişdirilməsi qadağandır.
- «Namizədə olan tələblər» mümkün qədər ətraflı yazılmalıdır.
- «Mövqenin (vəzifənin) təsviri» də həmçinin iş qrafiki, vəzifə öhdəlikləri və işin şərtləri qeyd olunmaqla, ətraflı yazılmalıdır.
- Mövqe (vəzifə) seçilmiş kateqoriyaya uyğun olmalı, əgər elə kateqoriya yoxdursa, onda «Müxtəlif» adlanan alt-kateqoriyada yerləşdirilməlidir.
Aşağıdakı kimi elanlar dərhal ləğv olunacaq:
- ədəbsiz, təhqiredici sözlər və ifadələr olan;
- şəbəkə marketinqi və ya qadağan olunmuş, şübhəli fəaliyyət növləri ilə məşğul olan şirkətlərdə iştirak təklifləri olan.