Sənaye və kənd təsərrüfatı
Bütün podkateqoriyalar

AXTARIŞ NƏTİCƏLƏRİ: 2 İŞ ELANI

Tikinti şirkətinə ustalar tələb olunur

Modern Evlər MMC

1000 - 1500AZN


-???? İş barədə məlumat

-İşçilər şirkətin həyata keçirdiyi fərdi yaşayış evlərinin, çoxmərtəbəli olmayan tikililərin, bağ evlərinin, A-Frame və modul evlərin tikintisi, həmçinin mənzil, ofis və kommersiya obyektlərinin təmiri layihələrində çalışacaqlar.

-Görüləcək işlər ixtisasdan asılı olaraq aşağıdakıları əhatə edir:

-Bünövrə və padval işləri

-Armaturun hazırlanması və bağlanması

-Qəliblərin qurulması və sökülməsi

-Monolit beton, kolon və rigel işləri

-Mişar daşı və kərpic hörgüsü

-Daxili və xarici suvaq, malyar və üzlük işləri

-Elektrik və santexnika sistemlərinin quraşdırılması

-Dam, mansard, fasad və izolyasiya işləri

-Daxili təmir və tamamlama işləri

-???? Əməkhaqqı və iş şəraiti

-Aylıq əməkhaqqı: 1 500 AZN

-Davamlı tikinti və təmir layihələrində işləmək imkanı

-İş bölgüsü və tapşırıqlar işçinin ixtisasına uyğun müəyyən edilir.

-Peşəkar, məsuliyyətli, intizamlı və işini keyfiyyətlə yerinə yetirən şəxslərə üstünlük verilir.

-✅ Namizədlərə tələblər

-Müvafiq sahə üzrə iş bacarığı və təcrübə

-Verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək

-Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək

-Komanda ilə işləmək bacarığı və məsuliyyətli olmaq

-???? Müraciət qaydası

-İşləmək istəyən ustalar və fəhlələr Modern Evlər MMC şirkətinin ofisinə şəxsən yaxınlaşa bilərlər.

-Müraciət zamanı hansı ixtisas üzrə işlədiyinizi, iş təcrübənizi və bacarıqlarınızı bildirməyiniz xahiş olunur.

-MODERN EVLƏR MMC — İŞİMİZ ADIMIZDIR!

-???? Əlaqə telefonu: 070 869 33 88

Bakı

ELEKTRİK MÜHƏNDİSİ

N.T.D MMC

1000 - 1500AZN


-• Yüksək, orta və aşağı gərginlikli elektrik sistemləri üzrə texniki işlərin təşkili, icrası və nəzarətində iştirak etmək;

-• Elektrik təchizatı sistemlərinin, güc və idarəetmə dövrələrinin prinsipial və birxətli sxemlərini oxumaq və təhlil etmək;

-• Elektrik layihələrinin, işçi çertyojların, texniki spesifikasiyaların və avadanlıq siyahılarının hazırlanmasında iştirak etmək;

-• 6 kV, 10 kV və 35 kV orta gərginlikli paylayıcı qurğuların, komplekt transformator məntəqələrinin (KTM), transformator yarımstansiyalarının və 0,4 kV paylayıcı lövhələrin quraşdırılması və sınaq proseslərinə nəzarət etmək;

-• Güc transformatorları, avtomat açarlar, ayırıcılar, cərəyan və gərginlik transformatorları, kabel xətləri və digər elektrotexniki avadanlıqların texniki göstəricilərini yoxlamaq;

-• Elektrik avadanlıqlarının montajı, kabel çəkilişi, kabel ucluqlarının hazırlanması, birləşmələrin yoxlanılması və torpaqlama işlərinin layihəyə uyğun icrasına nəzarət etmək;

-• Layihə sənədləri, texniki şərtlər və qüvvədə olan normativ tələblər əsasında işlərin keyfiyyətini yoxlamaq;

-• Avadanlıqların texniki pasportlarını, sertifikatlarını, sınaq protokollarını və icra sənədlərini yoxlamaq və müvafiq texniki sənədləşməni aparmaq;

-• Sahədə yaranan texniki uyğunsuzluqları müəyyənləşdirmək, səbəblərini təhlil etmək və aradan qaldırılması üçün həll yolları təklif etmək;

-• Sifarişçi, layihəçi, podratçı və digər texniki heyətlə koordinasiyalı işləmək;

-• Material və avadanlıqlar üzrə texniki tələbat siyahılarının və BOQ (Bill of Quantities) cədvəllərinin hazırlanmasında iştirak etmək;

-• Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət olunmasını təmin etmək.