AXTARIŞ NƏTİCƏLƏRİ: 1 İŞ ELANI
ELEKTRİK MÜHƏNDİSİ
N.T.D MMC1000 - 1500AZN
-• Yüksək, orta və aşağı gərginlikli elektrik sistemləri üzrə texniki işlərin təşkili, icrası və nəzarətində iştirak etmək;
-• Elektrik təchizatı sistemlərinin, güc və idarəetmə dövrələrinin prinsipial və birxətli sxemlərini oxumaq və təhlil etmək;
-• Elektrik layihələrinin, işçi çertyojların, texniki spesifikasiyaların və avadanlıq siyahılarının hazırlanmasında iştirak etmək;
-• 6 kV, 10 kV və 35 kV orta gərginlikli paylayıcı qurğuların, komplekt transformator məntəqələrinin (KTM), transformator yarımstansiyalarının və 0,4 kV paylayıcı lövhələrin quraşdırılması və sınaq proseslərinə nəzarət etmək;
-• Güc transformatorları, avtomat açarlar, ayırıcılar, cərəyan və gərginlik transformatorları, kabel xətləri və digər elektrotexniki avadanlıqların texniki göstəricilərini yoxlamaq;
-• Elektrik avadanlıqlarının montajı, kabel çəkilişi, kabel ucluqlarının hazırlanması, birləşmələrin yoxlanılması və torpaqlama işlərinin layihəyə uyğun icrasına nəzarət etmək;
-• Layihə sənədləri, texniki şərtlər və qüvvədə olan normativ tələblər əsasında işlərin keyfiyyətini yoxlamaq;
-• Avadanlıqların texniki pasportlarını, sertifikatlarını, sınaq protokollarını və icra sənədlərini yoxlamaq və müvafiq texniki sənədləşməni aparmaq;
-• Sahədə yaranan texniki uyğunsuzluqları müəyyənləşdirmək, səbəblərini təhlil etmək və aradan qaldırılması üçün həll yolları təklif etmək;
-• Sifarişçi, layihəçi, podratçı və digər texniki heyətlə koordinasiyalı işləmək;
-• Material və avadanlıqlar üzrə texniki tələbat siyahılarının və BOQ (Bill of Quantities) cədvəllərinin hazırlanmasında iştirak etmək;
-• Əməyin mühafizəsi, elektrik təhlükəsizliyi və SƏTƏM tələblərinə riayət olunmasını təmin etmək.
