Məxfilik siyasəti
- CV/rezümelərin yerləşdirilməsi pulsuzdur. Hər bir adam 30 gün müddətində yalnız bir rezüme yerləşdirə bilər.
- CV/rezümenin ən qısa müddətdə dərc olunması üçün formanın doldurulmasına dair bütün təlimatlara ciddi riayət olunmalıdır. Səliqəsiz doldurulmuş formalar redaktəyə məruz qalacaq və dərhal dərc olunmayacaq.
- Elanların baş (BÖYÜK) hərflərlə tərtib olunması, o cümlədən latın hərfləri ilə yazılması qadağandır. Elanın mətni bütünlüklə bir dildə olmalıdır.
Aşağıdakı tərkibli rezümelərin yerləşdirilməsi qadağandır:
- bilərəkdən həqiqətə uyğun olmayan şəxsi məlumat;
- ədəbsiz, təhqiredici sözlər və ifadələr;
- reklam xarakterli;
- xidmət təklifləri.
CV/rezümedə şəkil varsa, aşağıdakı şərtlərə cavab verməlidir:
- şəkildə yalnız bir adam olmalıdır;
- namizədin üzü aydın görünməlidir;
- filtrlərsiz olmalıdır.
- CV / Rezüme yerləşdirilərkən, «Vəzifə» sütununda kateqoriyaya uyğun olan yalnız bir mövqe qeyd olunmalıdır.
- «Təhsil» sütununda namizədin bitirdiyi təhsil müəssisəsinin, yiyələndiyi ixtisasın adı və təhsil aldığı vaxt qeyd olunmalıdır.
- «İş təcrübəsi» sütununda namizədin iş yeri, vəzifəsi və çalışdığı müddət qeyd olunmalıdır.
- «Bacarıqlar» sütununda namizədin peşəkar bacarıqlarının, bildiyi dillərin, kompyuter proqramlarının və s. qeyd olunması tövsiyə olunur.
- «Özünüz haqqında» adlı sütunda namizədin şəxsi xüsusiyyətləri, hobbisi, maraqları və s. qeyd olunur.