Fizika müəllimi

500 - 1000 AZN

Baxışların sayı: 1 Elan: #37208 Paylaş
Şəhər
Bakı
Yaş
24 - 64 yaş
Təhsil
Vacib deyil
İş təcrübəsi
3 ildən 5 ilə qədər
Elanın tarixi
24 Avqust,2026
Bitmə tarixi
24 Sentyabr,2026
Əlaqədar şəxs
Banu Anar
Telefonlar
Diqqət: İş üçün heç kimə onlayn pul göndərməyin.!
İş barədə məlumat

-“UĞUR İNDUSTRY” MMC - “UĞUR ACADEMY”ə DİM - abituriyent hazırlığı üçün Fizika müəllimi vakansiyası elan edir:

-Fizika müəllimi

-- Müəssisənin adı: “UĞUR İNDUSTRY” MMC - “UĞUR ACADEMY”

-- İş yeri: Xırdalan şəhəri

-“UĞUR ACADEMY” haqqında qısa məlumat:

-“UĞUR ACADEMY” UĞUR İNDUSTRY” MMC tərəfindən həyata keçirilən təhsilə dəstək sosial layihəsidir. Təhsilə marağı olan şəhid, qazi və az sosial təminatlı ailələrin övladları üçün nəzərdə tutulan bu layihənin xərcləri tamamilə şirkət tərəfindən qarşılanır. Burada şagirdlər ödənişsiz təhsil almaqla yanaşı, dərs vəsaitləri, test topluları, sınaq imtahanları və nəqliyyat xidməti ilə də təmin olunurlar.

-Əsas vəzifə öhdəlikləri:

-- Rəhbərlik tərəfindən verilən dərs cədvəli proqramına tabe olmaq;

-- Müəyyən intervalda yoxlama imtahanları həyata keçirmək və nəticələri elan etmək;

-- Jurnalları vaxtı vaxtında, düzgün doldurmaq;

-- Sınaq imtahanlarında müşahidəçilik etmək;

-- Sosial fəaliyyətlərdə rol almaq ;

-- İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;

-- Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək;

-Əmək haqqı: Seçimindən asılı olaraq tam ştat və ya saat hesabı işləmək istəyən müəllimlər üçün nəzərdə tutulan əmək haqqı yüksəkdir. Fərdi keyfiyyətlər xüsusi ilə nəzərə alınır.

-Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “Fizika müəllimi” yazaraq info@uguracademy.az ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

-Xırdalan şəhəri, Z.Tağıyev küç.13

-

-Qaynar xətt: *0011

Namizədə tələblər

-Namizədə tələblər:

-- Ali təhsil – Fizika müəllimliyi ixtisası üzrə

-- Öz sahəsində savadına güvənən;

-- Peşəkar;

-- Dəqiq;

-- 9,10 və 11- ci sinif şagirdləri, eləcə də problemli və zəif şagirdlərlə işləməyi bacaran;

-- Etik qaydalara riayət edən;

-- Elektron lövhə işlədə bilən və ya öyrənməyə meyilli;

-- MS Office-də sərbəst işləmə bacarığı;

-- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;

-- Ünsiyyət qurma və təqdim etmə bacarığı olmalı;