SEARCH RESULTS: 40 Vacancies
İSTEHSALAT OPERATORU
"Mineral Sular" MMC600 - 800AZN
-- İstehsalat sahəsinə operator tələb olunur
-- Əmək haqqı 600-800 azn
-- 6 günlük iş rejimi
-- Nahar şirkət tərəfindən verilir
-- Şirkət Höküməli dairəsində yerləşir. (Xırdalan şəh)
ALƏTÇİ-ÇİLİNGƏR
METAK0 - 0AZN
-Fəaliyyətinə 1997-ci ildə başlayan “METAK” şirkəti bu gün ölkənin böyük istehsalat şirkətlərindən biridir. Hər il artan məhsul çeşidləri sırasında polad və plastik borular, birləşdirici hissələr, plastik yeşik və konteynerlər, intensiv bağçılıq və kənd təsərrüfatı üçün məhsullar və s. daxildir.
TEXNİK SERVİS
BBT MMC700 - 1000AZN
-- Buxar qazanlarının təmiri və servisi.
-- Proses odluqlarının təmiri və servisi.
-- Domestik odluqların təmiri və servisi.
-- Zavod, obyekt, müəssisə, istixanalara aylıq texniki qulluq və baxış keçirilməsi xidməti.
-- Gündəlik həll edilməsi tələb olunan texniki məsələləri təyin etmək
-- Avadanlıqlara baxış və profilaktik təmir işlərini təşkil edir.
-- Görülən işlərin keyfiyyətinə nəzarət və iş tamamlandıqdan sonra görülən işi qəbul etmək
-- Avadanlıqlara baxış və profilaktik təmir işlərini təşkil edir.
-- AR əmək məcəlləsinə əsasən sənədləşmə
-- iş qrafiki:Dəyişən iş saatı
-- Əmək haqqı bilik səviyyəsinə və təcrübəyə əsasən razılaşma əsasında.
-- Həftə içi 6 iş günü
DAĞ-MƏDƏN MÜHƏNDİSİ
CTC Holding ASC500 - 500AZN
-- Faydalı qazıntı yataqlarında zəruri işlərin görülməsi.
İSTEHSALAT İŞÇİSİ
Mirzəoğlu MMC500 - 600AZN
-- İstehsal xətləri (konfet, şirniyyat istehsalı) üzrə müxtəlif işlərin yerinə yetirilməsi,
-- Resepturaya əsasən xammalları(un, şəkər və.s.) avadanlığa boşaltmaq,
-- İstehsal xəttlərinə və avadanlıqlara nəzarət olunması,
-- Nəzarət etdiyi istehsal avadanlıqlarının işləmə prinsiplərinə, tərtib olunmuş qrafik əsasında qulluq qaydalarına riayət etməli, onların hər iş gününün sonunda təmizlənməsini təmin edib növbəti iş gününə hazır edilməsi,
--Yüksək keyfiyyətli məhsul istehsalına və istifadə olunan avadanlığın işlək vəziyyətdə olmasına nəzarət edilməsi.
-- Geyim və yemək şirkət tərəfindən verilir
-- Növbəli iş qrafiki
-- 1-ci növbə 07:30-dan -15:00-dək
-0 2-ci növbə 15:00-dan -23:00-dək
-- İş yeri - Buzovna qəsəbəsi, Dəmiryol küçəsi 5 - "Mirzəoğlu" MMC
HVAC MÜHƏNDİSİ
Yusi Ko şirkəti1000 - 1400AZN
-- Sənaye təyinatlı və digər bina və obyektlərdə isitmə, soyutma və havalandırma sistemlərinin quraşdırılma işlərini layihələndirmək. qiymət təkliflərinin və hesabatların hazırlanması,
-- Layihə sənədllərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması,
-- BOQ sənədinin tərtib edilməsi,
-- Obyektlərdə sifarişçilərlə görüşlərin təşkil edilməsi və onların tələblərinə uyğun olan layihələrin hazırlanması.
-- Avadanlıqlrın seçilməsi və avadanlıq yükünün hesablanması.
-- İş qrafiki: 6 gün(09:00-dan - 18:00-dək)
HVAC-LAYİHƏÇİ MÜHƏNDİS
Newcond MMC1500 - 2000AZN
-- Qiymət təkliflərinin və heasbatlarının hazırlanması
-- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması, layihələrin AutoCad proqramında hazırlanması
-- Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması, smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi
-- Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması, avadanlıqların seçimi
-- Vakansiya üzrə uzunmüddətli çalışma şərtilə işçi tələb olunur
-- Əmək haqqı:1500-2000 AZN, uğurla və səhvsiz təhvil verilən işlərə görə əlavə bonus hesablanır
-- Müsahibənin nəticəsinə əsasən namizədin əmək haqqı daha yüksək ola bilər
-- İş qrafiki: Bazar ertəsi -Cümə, saat 09:00-dan 18:00-dək
-- Qeyri iş günləri: Bayram və bazar günləri
ÇAPÇI KÖMƏKÇİSİ
MaxOfset Çap evi400 - 500AZN
-- Gələn sifarişlərin çapa göndərilməsi
-- Çapçının verdiyi tapşırıqları vaxtında yerinə yetirmək.
-- Çap avadanlıqlarının qulluğu və baxımının təmin edilməsi.
-- Çapdan çıxan məhsulların keyfiyyətinə nəzarət edilməsi.
-- Çapla bağlı əlavə işlərin yerinə yetirilməsi
-- Hazır olmuş sifarişlər barədə və görülən işlərlə bağlı istehsalat müdirinə mütəmadi olaraq hesabatların verilməsi.
-- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
-- Ünvan: Bakı ş., Komsomol dairəsi yaxınlığında (Ramanı yolu)
-- Növbəli iş qrafiki (08:00-dan -16:00-dək, 16:00-dan - 22:00-dək, 22:00-dan -06:00-dək) bazar günü istirahət günü
-- Növbə saatarı həftəlik olaraq dəyişir.
KONDİSİONER USTASI KÖMƏKÇİSİ
Oba Market MMC500 - 600AZN
-Vəzifə öhdəlikləri:
-- Mağazalardan gələn cari təmir sorğularının (Kondisionerlə bağlı) həll olunması
-- Baş ustanın göstərişinə əsasən digər təmir işlərinin görülməsi
ELEKTRİK
"ALMEP ENGİNEERİNG GROUP" MMC800 - 1100AZN
-1. Tabe olduğu vəzifəli şəxslərin tapşırıqlarını yerinə yetirir;
-2. Güc və işıqlandırıcı şəbəkələrdə tənzimləyici aparatlarda və elektrik mühərriklərində nasazlıqların aşkar edilməsi və sadə zədələnmələrin aradan qaldırılması bacarmaq;
-3. Elektrik stansiyalarında, transformatorlu elektrik stansiyalarında gərginliyin tam kəsilməsi ilə daha yüksək ixtisaslı elektrik montyorunun rəhbərliyi altında mürəkkəb olmayan işlərin yerinə yetirilməsi, xidmət edilən obyektdə və ya sahədə elektrik avadanlıqlarının qoşulması, söndürülməsi işini bacarmaq;
-4. Daha yüksək ixtisaslı elektrikin rəhbərliyi altında gərginliyi 1000 V-ə qədər olan xətlərin kəsilməsi, izolə edilməsi və lehimlənməsi işini bacarmaq;
-5. Elektrik mühərriklərinin stator və rotorlarının sarğılarının və paylaşdırıcı şəbəkənin izolyasiya müqavimətinin meqometrlə yoxlamağı bacarmaq
-6. Xəbərdaredici elektrik cihazlarının qurulması və tənzimlənməsi işini bacarmaq;
-7. Elektrotexnikanın əsaslarını, elektrik mühərriklərinin, sabit və dəyişən cərəyanlı generatorların, paylayıcı qurğu aparatlarının, elektrik cihazlarının iş prinsipini bilmək;
-8. Elektrotexniki materialların əsas növlərini, onların xüsusiyyətlərini və təyinatını bilmək
-9. Aşağı gərginlikli xətlərin lehimlənməsi üsullarını bilmək;
-10. Daha çox yayılmış universal və xüsusi ləvazimatların təyinatını və tətbiqi şəraitini bilmək
-11. Daxili elektrik təchizat (işıqlandırma,avadanlıqlarının bağlantısı, kabel,boru,kabel tavasının) montajının tam sərbəst şəkildə montaj edilməsini bacarmaq;
ELEKTRİK
Oba Market MMC700 - 800AZN
-- Açılış və refit mağazalarına elektrik işlərinin görülməsi
-- Mağazalardan gələn elektik sorğularının yerinə yetirilməsi
FASAD MÜHƏNDİSİ
Hira Construction And Supply MMC1000 - 1000AZN
-- Tikinti sahəsində verilən layihələrə əsasən podratçı briqadalara fasad işlərini düzgün təmin etmək
-- Mövcüd eskiz və işçi layihələrə əsasən şüşə, keramoqranit mexanik cəbhə, alüminum kompozit panel aluminum panel və s. material həcmlərinin layihəyə uyğun hesablanıb və sahənin iş ardıcıllığına görə sifariş verilməsini və bu materialların yaşayış və ya inzibati bina üzrə alt konstruksiyalarının montajının keyfiyyətini təmin etmək
-- Fasad alt metal konstruksiyalarının və gücləndirmə elementlərinin montajı və keyfiyətini təmin etmək
-- Fasad işləri layihələrini layihəçi və subpodratçı təşkilat ilə müzakirə etmək
-- Fasad işləri üzrə subpodratçının işinin keyfiyyətinə nəzarət etmək, gündəlik hesabatlar təqdim etmək, uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər görmək
-- Fasad layihə cizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək
-- İş qrafiki: 6 günlük.
HİDRAVİK ÜZRƏ ÇİLİNGƏR
Azertexnolayn MMC700 - 800AZN
-- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq rəsmi sənədləşmə
-- İş qrafiki: Bazar ertəsi – Şənbə günləri
-İş 3 növbəlidir:
-- 1-ci növbə 08:00-dan 16:00-dək
-- 2-ci növbə 16:00-dan 00:00-dək
-- 3-cü növbə 00:00-dan 08:00-dək
ÇİLİNGƏR
POLYMART MMC600 - 700AZN
-- Avadanlıqların işlətmə qabiliyyətini, əsas detallarını və mexanizmlərini yoxlamalı, ekstruziya xəttini yoxlamalı, profilaktik baxış və avadanlığın təmir qrafiki ilə tanış olmalı və onu icra etməlidir.
-- Xidmət edən şəxs avadanlıqların normal və fasiləsiz işləməsini təmin etməlidir.
-- Ekstruziya sahəsinin xidməti üzrə çağırışlara vaxtında getməlidir.
-- Təmir olunan avadanlıqların sınaqdan keçirilməsi, istehsalat üzrə işçilərə təhvil verilməsini təmin etməlidir.
-- Yoxlanmış avadanlığın vəziyyəti barədə ustaya və ya baş ustaya xəbər verməlidir.
-- Qrafik üzrə avadanlıqların və mexanizmlərin cari təmirini keçirməsini təmin etməlidir.
-- Sahədə olan avadanlıqların, alətlərin, tərtibatların düzgün istismar edilməsi, onlara əməl və texniki qulluq göstərilməsi, iş yerinin təmiz saxlanması təmin edilməlidir.
-- Yağlama materiallarının tərkibini və xüsusiyyətlərini bilməli, düzgün tətbiq etməlidir.
-- Hər hansı çilingər və montaj işlərini yerinə yetirmə qaydalarını mövcud standartlara uyğun yerinə yetirməlidir.
-- Avadanlıqların sökülməsində, təmir olunmasında, quraşdırılmasında tətbiq edilən material, məmulat, alət və ləvazimatlardan səmərəli şəkildə istifadə etməlidir.
-- Təmirdən sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etməlidir.
-- Növbəli işdə növbə təhvil aldıqda alətləri saz şəkildə qəbul etməli və ya təhvil verməlidir.
-- Sex daxili qaydalara: texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi, texnoloji təlimatlar, əmək intizamına riayət etməlidir.
-- Avadanlıqların vaxtı-vaxtında və keyfiyyətli yoxlanmasının aparılması, diaqnostikası və təmiri təşkil etməlidir.
-- Mexanikin verdiyi göstərişlərin vaxtında və dəqiq yerinə yetirilməlidir.
-- Növbəli iş rejimi
-- Əmək haqqı 600-700 AZN
ELEKTRİK-MONTAJÇI KÖMƏKÇİSİ
Minox MMC500 - 600AZN
-- Şirkətimiz professional mətbəx,camaşırxana,bar avadanlıqlarının satışı və quraşdırılması ilə məşğul olur
-- Servis əməkdaşları əsasən layihələr zamanı avadanlıqların quraşdırılması həmçinin təmiri ilə məşğul olurlar
-- İş qrafiki həftədə 6 gün
-- 1-5 gün tam iş qrafiki ilə saat 10:00 dan 19:00 qədər
-- 6-cı gün saat 10:30 dan 17:00 qədər
-- Nahar və uniforma şirkət tərəfindən təmin olunur