Mühəndis Konstruktor
1000 - 1500 AZN

İş barədə məlumat
-1. Müəssisəmiz elektrik paylayıcı qurğuların istehsalı,quraşdırılması və sazlanması ilə məşğul olur.
-2. İş vaxtı həftə içi 5 gün, 08:30-dan 18:00-dək
-3. Nahar fasiləsi 12:30-dan 13:30-dək
-4. Nahar şirkət tərəfindən verilir
-5. Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini fariz.aliyev@azelko.az e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühəndis-konstruktor” qeyd etmələri xahiş olunur
Namizədə tələblər
-1. Mühəndis-konstrukor ixtisası üzrə müvafiq ali təhsil
-2. Metal konstruksiyaları sahəsində 2 il iş təcrübəsi olmalı
-3. Autocad, SolidWorks və MS Office proqramlarında işləyə bilməli
-4. Metal, Şüşə və Dəmir-beton konstruksiyanın standart cizgilərini oxumağı bacarmalı
-5. Sifarişçinin tələblərinə əsasən həll yoluna dair layihələrin hazırlanmasında və layihələlərdə dəyişikliklər zamanı texniki heyətdə iştirak etmək
-6. Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədlərin tərtib edilməsi
-7. Layihə üzrə işlərin gedişatını yaxşı başa düşməli və yerinə yetirilmə ardıcıllığına nəzarət edilməsi
-8. Ön emalat kəsimlərinin və qaynaq raportlarının hazırlanması;
-9. AISC qaynaq işarələrini bilməli və onların yerində tətbiq olunmasını başa düşməli
-10. Materialların seçilməsi və həcimlərinin hesablanması
-11. Statik hesabat hazırlanması və iqtisadi cəhətdən sərfəli olan konstruktiv elementlərin en kəsiyinin və materialın təyin olunması
-12. Konstruktiv cizgilər əsasında material təsnifatı cədvəlinin tərtibi və doldurulması
-13. Müvafiq sahə üzrə sertifikatları olan namizədlərə üstünlük veriləcəkdir
-14. Texniki səviyyədə Rus və İngilis dillərini bilənlərə üstünlük verilir
-15. Əsas iş yeri ofisdə olmaqla, lazım olduqda ezamiyyətlərə getmək
-16. Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə, istehsalat sanitariyası qayda və formalarını bilməli
-17. Operativ çalışqan, məsuliyyətlik, düzgünlük, analitik düşünmə qabliyyəti, Analiz və idarə etmə bacarığı ,işdə dəqiqlik, komandada işləmək bacarığı kimi müsbət göstəricilərə sahib olmaq